Prezident Mixeil Kavelaşvili parlamentin növbədənkənar sessiyasını çağırıb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə prezident administrasiyası 24News.ge xəbər portalına məlumat verib.
Məlumatda qeyd olunur ki, növbədənkənar sessiya parlamentin sədri Şalva Papuaşvilinin müraciəti əsasında 2025-ci il iyulun 1-dən etibarən çağırılıb.
Xatırladaq ki, Şalva Papuaşvili parlamentin yaz sessiyasının bağlanışı zamanı çıxış edərək, növbədənkənar iclasların 1 və 2 iyul tarixlərində keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, iclaslarda əsas müzakirə mövzusu narkotiklərlə bağlı cinayətlərlə mübarizəyə dair qanunvericilik təşəbbüsləri olacaq.