Gürcüstandan çox sayda xarici ölkə vətəndaşı deportasiya edilib

Daxili İşlər Nazirliyi: Gürcüstanda qanunsuz yaşayan 25 əcnəbi ölkədən çıxarılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının birgə koordinasiyası ilə son günlər ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində 25 əcnəbi vətəndaş ölkədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata əsasən, deportasiya olunan şəxslər Ermənistan, Özbəkistan, İran, Nigeriya, Tacikistan, Çin, Türkmənistan, Rusiya, Hindistan, Əlcəzair, Misir, Türkiyə, Pakistan və Banqladeş vətəndaşlarıdır.

Aparılmış istintaq nəticəsində müəyyən edilib ki, həmin şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkə ərazisində qanunsuz şəkildə yaşayıblar. Onların əksəriyyəti sığınacaq prosedurundan sui-istifadə edərək, uzun müddət ərzində Gürcüstanda hüquqi əsas olmadan qalıblar.

Nazirlik əlavə edib ki, mövcud qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin Gürcüstan ərazisinə yenidən daxil olması qadağan edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey