Azərbaycan XİN: Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin bəzi istintaq işləri və məhkəmə qərarları ilə bağlı verdiyi bəyanatı qəbuledilməz, əsassız və qərəzli hesab edərək qətiyyətlə rədd edir. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, bu bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə növbəti müdaxilə cəhdidir. Bildirilib ki, ölkədə insan hüquq və azadlıqları milli qanunvericilik və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin olunur və müstəqil məhkəmə orqanları tərəfindən qorunur.

A.Hacızadə vurğulayıb ki, hüquq normaları hər kəs üçün eyni dərəcədə tətbiq edilir və heç kim qanun qarşısında imtiyazlı deyil. Komissarın bəyanatında adıçəkilən şəxslərlə bağlı cinayət-prosessual məcəlləyə uyğun araşdırmalar aparılıb və onların hüquqları tam təmin edilib.

XİN Avropa Şurasının komissarını Azərbaycanın müstəqil məhkəmə proseslərinə müdaxilə etməməyə və diqqəti digər AŞ ölkələrindəki insan hüquqları problemlərinə, İslamofobiyaya, miqrantlara qarşı diskriminasiyaya və korrupsiyaya yönəltməyə çağırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey