Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün724
DünənDünən1299
Bu həftəBu həftə8968
Bu ayBu ay46706
Bu günə qədərBu günə qədər7474040

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan "resveratrol" adlı güclü təbii antibiotik ən təhlükəli xərçəngin inkişafının qarşısını alır.

Cenevrə Universiteti alimlərinin fikrinə görə, resveratrol ağciyər xərçənginin müalicəsində kömək edə bilər.

Resveratrol həmçinin ağciyər xərçənginin profilaktikası üçün də çox faydalıdır.  

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ağciyər xərçəngi ən təhlükəli xərçəng forması sayılır və digər xərçəng növləri arasında ən tez-tez ölümə səbəb olur. İkinci yerdə ölümlərin sayına görə qaraciyər xərçəngi durur.

Resveratrol tünd rəgdə olan üzümün tərkibində daha çoxdur. Resveratrolun böyük hissəsi üzümün qabığında toplanır.

Həmçinin resveratrol ürək-damar sisteminin sağlamlığı üçün də olduqca faydalıdır, ürək və damar xəstəliklərinin riskini azaldır.

Güclü külək Tbilisidə fəsadlar törədib

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən əsən güclü külək bir sıra fəsadlar yaradıb.

Güclü külək şəhərin bir neçə rayonunda irigövdəli ağacları maşınların üzərinə aşırıb, evlərin dam örtüklərini sıradan çıxarıb.

Paytaxtın Qldani-Nadzaladevi rayonunda ağacın aşması nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Gürcüstanın Fövqəladə Halların İdarəolunması Xidməti güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması üzrə tədbirlər həyata keçirir.

Qonşu ölkədə güclü küləyin bu gün axşam saatlarına doğru zəifləyəcəyi gözlənilir.

Gürcüstanın Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Xidmətinin məlumatına görə, şərq rayonlarında və Tbilisidə küləyin gücü saniyədə 20-25 metr, qərb rayonlarında isə 20 metrə çatır. 

Arvadına qızının gözü qarşısında 13 bıçaq vurdu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerində keçinib.
Məlumata görə, hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

 

Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra hadisədən bir gün əvvəl qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gələr-gəlməz kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Bildirilir ki, hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.

Azərbaycanda təhlükəli təbiət hadisəsi gözlənilir – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkədə xüsusi təhlükəli hidrometeoroloji hadisə barədə xəbərdarlıq edib. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Nazirlik əhaliyə xəbərdarlıq etdi

Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Azərbaycanlılar Gürcüstanı seçir

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 11 faiz artıb. 

Bu ilin yanvar-sentyabr aylarında istirahət üçün qonşu ölkəyə üz tutanların rəsmi sayı 1 094 847 nəfər olub.  

Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadzeaçıqlamasında bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəsinə səfər etmiş azərbaycanlı ziyarətçilərin sayında 107 209 nəfər, yaxud 10,9 faiz artım qeydə alınıb.

Əvvəllər Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayına görə lider olsa da, bu dəfə ruslar birinci olublar. 2018-ci ilin ilk doqquz ayında Gürcüstan Rusiyadan 1 109 706 nəfər,  Ermənistandan 956 076 nəfər turist qəbul edib.  

Yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 6 788 377 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən illə müqayisədə 11,2 faiz çoxdur. Əcnəbi ziyarətçilərin 3 772 102 nəfərini turistlər təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 568 398 və ya 17,7 faiz çoxdur.

Ümumilikdə, Gürcüstanın turizm sektorundan gəlirləri artıb. Bu ilin birinci rübündə Gürcüstanın xarici turizm gəlirləri 551 milyon dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur. Gürcüstanın ümumdaxili məhsulunda turizmin payı 6,8 faiz (artım 16,6%) təşkil edir.

Gürcüstanın turizm administrasiyasının proqnozuna görə, ilin sonuna qədər Gürcüstana səfər edənlərin sayı 8,5 milyonu ötəcək. Ölkənin xarici turizmdən gəlirləri isə üç milyard dolları keçəcək. 

Bakıda avtobus qatara çırpıldı — 1 ölü, 34 yaralı

Xəzər rayonu, Binə qəsəbəsində baş verən qəza nəticəsində yaralıların sayı 34 nəfərə çatıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 27 nəfəri təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

7 nəfər isə özü müraciət edib.

Qeyd olunub ki, yaralılardan 3 nəfəri Klini Tibbi Mərkəzə, 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 6 nəfəri uşaqdır, onlardan 1-i ölüb.

Salyanda dəhşət — Uşaq dayısının “KamAZ”ının altında qalaraq can verdi

Ötən gün axşam saatlarında Salyan rayonunun Xıdırlı kəndində 10 yaşlı uşağın ölümü ilə nəticələnənən bədbəxt hadisə büş verib.

Kənd sakini, 2008-ci ildə anadan olmuş Nuran Məhəmməd oğlu Məlikov dayısı Şahin Əsəd oğlu Əsədovun idarə etdiyi 10 SF 983 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maışını hərəkətdə olarkən altında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

10 yaşlı uşaq onlara qonaq gəlmiş "KamAZ" sürücüsü olan dayısı geri dönərkən veliosipedinə minərək özlüyündə yük maşını ilə "ötüşmək" qərarına gəlib. Amma "KamAZ" torpaq yolda aşağı sürətlə hərəkətdə olarkən uşaq veliosipedini saxlaya bilmədiyindən arxa və ön təkərlərin arasında qalaraq həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

“Hansı ana 3 körpəsini qoyub intihar edər?” — Tovuzda intihar edən 28 yaşlı gəlinin həyat yoldaşı

Tovuz rayonunun Qovlaq qəsəbəsində 3 uşaq anasının dərman içərək intihar etməsi ilə bağlı məlumat yayılıb.

Dünyasını dəyişən 1990-cı il təvəllüdlü Ülviyyə Arif qızı Həsənovanın həyat yoldaşı Nemət Həsənovun  verdiyi məlumata görə yoldaşı intihar etməyib:

 "Evdə olan dərmandan istifadə etdikdən sonra dünyasını dəyişib. Sonra araşdırdıq, məlum oldu ki, dərmanın vaxtı keçib. Hansı ana 3 körpəsini qoyub intihar edər. Bizim aramızda ailə münasibətlərimiz həmişə normal olub, hələ də şokdayam".

 

Baş vermiş hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb. Prokurorun köməkçisi Rəşad Məmmədovun verdiyi məlumata görə, Ü. Həsənovanın intihar edib-etməməsi dəqiq məlum deyil, təyin olunan məhkəmə tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Gürcüstanda polietilen torbalar qadağan edildi

Gürcüstanda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədilə bu il oktyabrın 1-dən etibarən qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı və satışı qadağan olunub. 

 2019-cu il aprelin 1-dən etibarən Gürcüstanda istənilən növ polietilen torbalar qadağan ediləcək. 

Ölkə ərazisində yalnız Gürcüstanda müəyyən edilmiş standartlara uyğun torbalar istehsal edilməli və satılmalıdır. 

Polietilen paketlərdən istifadə qlobal miqyaslı problemdir. Bir çox ölkələrdə, o cümlədən Gürcüstanda plastik qabların istehsalının xeyli artması ciddi problemlər yaradır.

Gürcüstanda ərzaq və digər istehlak mallarının qiyməti bahalaşıb

Cari ilin avqustunda Gürcüstanda ərzaq və digər istehlak mallarının qiyməti 2017-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

Dalga tv AZƏRTAC-a istinadənxəbər verir ki, bunu mətbuata Gürcüstan Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin avqust ayında ərzaq məhsullarının qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz, tibbi ləvazimat və dərmanlarının qiyməti 10,3 faiz, benzinin qiyməti 19,5 faiz bahalaşıb.

İcraçı direktor bahalaşmanı milli valyutanın devalvasiyası ilə əlaqələndirib. Bildirib ki, milli valyutanın devalvasiyası idxal olunan məhsullarının qiymətlərin artmasına təkan verir. Gürcüstanda isə istehlak zənbilində idxal olunan məhsullar 25 faiz təşkil edir.

"Gürcüstan daxili tələbatını ödəmək üçün neft məhsullarını, eləcə də benzini tam şəkildə xaricdən idxal edir. Bu da təbii ki, milli valyutanın devalvasiyasına təsirsiz ötüşmür",–deyə Q.Todradze vurğulayıb.

Sumqayıtda avtobusla yük maşını toqquşub — Ölü sayı 3-ə çatdı

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində "Mercedes" markalı mikroavtobus ilə "Shagman" markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Qəza nəticəsində "Mercedes"in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

Qəza nəticəsində mikroavtobusda olan daha 15 nəfər yaralanıb:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964

Rzayeva Raisa Dimitri qızı, 1955

 

Rzayeva İlona Rauf qızı, 1950

Məmmədova Elvira İvan qızı, 1967

Qasımova Səbinə Kərim qızı, 1968

Rudika Jakka Anatoli qızı, 1966

Kuranika Viktoriya Oleq qızı, 1988

Buqlova Varvara Silifon qızı, 1945

Mamedova Ludmila Andrey qızı, 1947

Tarfonof İqor Aleksandr qızı, 1962

İsmayılova Tamara Hacışaban qızı, 1941

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Raya Dimitri qızı, 1951

Quliyeva Svetlana Kamal qızı, 1946

Maskiviçova Tatyana Dimitrı qızı, 1948

Saytda Axtarış

ახალი ამბები