Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün209
DünənDünən634
Bu həftəBu həftə6645
Bu ayBu ay51344
Bu günə qədərBu günə qədər7421818

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşından narkotik vasitə götürülüb

 Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb.

Komitədən “Report”a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Tbilisidə sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Lilo bazarı yaxınlığında iki minik maşını və iki sərnişin mikroavtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, sərnişin mikroavtobusunun birinin aşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb. 

Gürcüstanda bazarda güclü yanğın olub

Gürcüstanın Rustavi şəhərində “İstanbul” adlı bazarda güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gecə saat 01:29 radələrində qeydə alnan yanğının söndürülməsinə 18 yanğınsöndürən maşın cəlb olunub.

Yanğını səhər saat 09:00-da tam söndürmək mümkün olub. Yanğın nəticəsində 1000 kv. metrə yaxın sahə yanıb.

Hadisə zamanı bazar gözətçisi yüngül xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Satıcılar bazarda yanğının qəsdən törədildiyini iddia edirlər. Onlar insidentin dərhal araşdırılmasını tələb edirlər.

Obyektdə 85 ticarətçinin çalışdığı bildirilir. Yanğın nəticəsində onların bazardakı malları tamamilə yanıb.

Hazırda hadisə yerində ekspert-kriminalistlər iş aparırlar.

Tanışlarına qarşı yarım milyonluq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Muradov, Sehran Məmmədov və Abbas Rəsullunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Muradov 9 il və S.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan S.Məmmədov məhkəmə zalından həbs olunub, A.Rəsullunun barəsində isə şərti cəza verilib.

İttiham aktına əsasən, B.Muradov İlkin Tağıyevi, Orxan Süleymanlını, Ruslan Babayevi və daha bir neçə nəfər tanışını Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlığının ticarəti ilə məşğul olduğuna, yaxşı pul qazandığına inandırıb. O, bu ticarətə maya qoyacaqları təqdirdə əldə olunan gəlirdən onlara da yaxşı gəlir verəcəyini vəd edib. Bu minvalla O.Süleymanlının 205 min dollarını, İ.Tağıyevin isə 112 min manat pulunu ələ keçirib.

B.Muradov növbəti dələduzluğa isə S.Məmmədov və A.Rəsullu ilə birgə edib.

Belə ki, o, həmin şəxslərlə əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan Babayev və Mübariz Babayevin 177 min manat pulunu alıb.

İş üzrə zərərçəkmiş şəxslərin sayı cəmi 12 nəfərdir.

Son 9 ayda Azərbaycanda 497 nəfərin İİV-ə yoluxması aşkarlanıb

Son 9 ayda Azərbaycanda 497 nəfərin İİV-ə yoluxması aşkarlanıb.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir: "Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 2018-ci il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb. Onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.

"İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. Oktyabrın 1-nə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib. Onların da 1901 nəfəri İNİ olub. Bu ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilib

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub

Tovuz rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Bunlar sərnişinlər - Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və 1961-ci il təvəllüdlü Həqiqət Məhəmməd qızı Süleymanovadır. Hazırda müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ən aktiv sürüşmə zonaları açıqlandı

Paytaxta bəzi yerlərdə sürüşmə sahələri aktivləşib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zığ, Masazır Zəli gölü, "At yalı" qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur:

“Şamaxı, İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var. Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində gərginlik var, müəyyən yerlərdə uçqun tipli sürüşmələr var”.

Əziz Qaralov qeyd edib ki, İsmayıllı rayonunun Lahıc inzibati ərazisinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub:

"Hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib".

Bakı metrosunda sərnişin öldü

Ötən gün səhər saat 06:30 radələrində Bakı metrosunda sərnişinin halı pisləşib. 

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. 

Qurum rəsmisi qeyd edib ki, təcili yardım maşını gələnə qədər vətəndaş dünyasını dəyişib:

"Onun 1954-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Təhməz Qurbanov olduğu məlum olub".

Faktla bağlı araşdırma aparılır.

Pozitiv olun, kiçik problemləri böyütməyin — Günün qoroskopu

Qoç - Səhər saatlarından etibarən əhvalınız pisləşməsin. Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki proseslərə bilavasitə təsir edir.
Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır. Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.

Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın. Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss edə bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin. Emosional olmayın. 
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət bəsləməyin.

Əkizlər - Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər verdiyiniz insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən əvvəl motivləri ayırd etməyə can atın. 
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.

Xərçəng - Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı, tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız kollektivdə mübahisə etməsəniz, hər şey yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.

 

Şir - Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.

Qız - Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.

Tərəzi -  Şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla işgüzar əməkdaşlığa başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş, sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.

Əqrəb -  Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək. İşgüzar fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.

Oxatan - Səhər saatlarında alacağınız məlumat və gələcək informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa olay və ya konkret şəxs barədə fikir yürütmək üçün yetərli deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun. İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.

Oğlaq - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri bağışlayın. Həmkarlar, tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə təmaslarda praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz. Aqressiyanın qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə edin. Sevdiyiniz insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın, müzakirə etməyin.

Dolça - Çətin, qarışıq, xaosu xatırladan gündür. Əsla gözləmədiyiniz hadisələr baş verəcək. Hadisələrin məcrası nəzərdə tutmadığınız istiqamətə yönələ bilər. Nəzərdə tutduğunuz planları reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını, yanlışlıqların nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün. 
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi əhəmiyyət kəsb edir.

Balıqlar - Tənbəl, astagəl, ətalətli olmayın. Diqqətiniz dağınıq olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan məsələlərin əslində ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın. İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır.

Aldım bir dənə, açdım min dənə — NARIN FAYDALARI və ZİYANI

Qızıl payız Azərbaycana qədəmlərini qoydu. Bu fəsil müxtəlif meyvələrlə bol fəsildir.

 Dalga tv bu gün oxucularına narın faydaları və ziyanı haqqında məlumat verəcək.

Narın tərkibində müxtəlif vitaminlər, minerallar, mikro elementlər var. C, P, B6 və B12 vitaminləri ilə narın tərkibi zəngindir. 

C vitamini immun sistemini möhkəmləndirir.

 

P vitamini isə qan damarlarına müsbət  təsir edir.

B6 vitamini sinir sistemini möhkəmləndirir.

B12 vitamini isə qan dövranını yaxşılaşdırır.

Bundan başqa narın tərkibində zülallar, tanin maddəsi və turşular var. Aşılayıcı maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı yaxşıdır. Tanin maddəsi ishala qarşı əla vasitədir.

Nar qan damarlarının divarlarını, sinir sistemi və qan dövranını yaxşılaşdırır. Həkimlər yaşlı və əməliyyat keçirən insanlara bu meyvəni məsləhət görürlər.

Soyuqdəymə, qalxanvari vəzin və ürək-damar sistemi xəstəliklərinin müalicəsində də nar faydalıdır.

Eyni zamanda ateroskleroz, malyariya və qan azlığından əziyyət çəkənlərə də məsləhət görülür.

Hipertoniyadan əziyyət çəkənlər müntəzəm olaraq nar qəbul etsələr, arterial təzyiqi aşağı salmaq olar.

Nar vasitəsilə orqanizmə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin qarşısını alır.

Müntəzəm olaraq nar qəbul etmək mədə xərçənginin qarşısını alır.

Bronxial asma və anemiyadan əziyyət çəkənlərə faydalıdır.

Narın dənələri və şirəsi orqanizmdən radioaktivləri ifraz etməyə yardımçıdır.

Nar şirəsinin faydaları

Nar şirəsi orqanizm üçün çox faydalıdır:

Amin turşuları orqanizmin fəaliyyəti üçün çox önəmlidir. Nar şirəsinin tərkibində 15 növ amin turşusu var.

Nar şirəsi orqanizmi təmizləyir. Şirənin tərkibindəki antioksidantlar bu işə kömək edir.

Nar şirəsi mədə fəaliyyətini normallaşdırır.

İştah və hemoqlobinə müsbət təsir edir.

Öskürək, boğaz ilhabı, diatez, mədə-bağırsaq pozulmasında faydalıdır.

Sidikqovucu və antiseptik effektə malikdir.

Qan təzyiqini normallaşdırır.

Qaraciyər, böyrək və ağciyər xəstəliklərində məsləhətdir.

Nar çəyirdəyinin faydası

Bir çoxumuz nar yeyəndə onun çəyirdəklərini xoşlamırıq. Amma bu çəyirdəklər orqanizm üçün çox faydalıdır. Məsələn, baş ağrısını aradan götürür və yüksək təzyiqi aşağı salır. Eyni zamanda orqanizmin hormonal aktivliyi zamanı da faydalıdır. Nar çəyirdəyindən şirə və efir yağı alınır. Bu yağ kosmetologiyada istifadə edilir. Şirəsi isə sidikqovucudur.

Nar qabığının faydaları

Nar qabığının tozu enterokoliti müalicə edir.

Dərinin cızılması və çatlaması vaxtı da bu tozdan istifadə etmək olar.

Nar qabığını qaynadıb soyuqdəymə zamanı içmək olar.

Bundan başqa nar qabığı bağırsaq qurdlarına qarşı əla vasitədir.

Nar qabığını qaynadıb suyu ilə ağızı yaxalamaq stomatit və damaq qanamasını müalicə etməyə yardım edir.

Narın ziyanı

Təbii ki, narın faydaları ilə yanaşı ziyanı da var:

Nar şirəsi xroniki mədə xəstəliyi olanlara məsləhət görülmür.

1 yaşına qədər uşaqlara da nar şirəsi vermək olmaz. 4-7 yaş arası uşaqlara verilən nar şirəsinə su qatmaq lazımdır.

Nar şirəsi içmədən əvvəl stomatoloqla məsləhətləşin. Çünki nar şirəsi diş emalına mənfi təsir edə bilər.

Qastrit, enterit və mədə xorasından əziyyət çəkənlərə nar çəyirdəyi udmaq olmaz.

Gürcüstanın azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub

Gürcüstanın Kaxeti bələdiyyəsinin əsasən azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub.

Dalga tv AZƏRTAC-a istinadla xəbər verir ki, kimyəvi zəhərlənmədən 100-ə yaxın qoyun-quzu tələf olub, 200-dən çox heyvan isə zəhərlənib və onların da sağalmaq şansı yoxdur.

Baytar həkimləri həmin heyvanların ətinin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər və onların kəsiminə icazə verilməyib.

Yerli sakinlər və çobanlar bildirirlər ki, heyvanların ölümünə otlaq sahələrinə səpilmiş mənşəyi bilinməyən kimyəvi maddələrdir. Həmin otlaq sahələri iranlı iş adamları tərəfindən alınıb və torpaq mülkiyyətçiləri heyvanların bu ərazilərdə otarılmasına qarşı çıxıblar. Artıq bir neçə aydır ki, iranlı torpaq sahibləri ilə kənd sakinləri arasında münaqişə davam edir.

Yerli əhalinin dediyinə görə, iranlı iş adamları həmin ərazilərə kimyəvi maddələr səpib və bu yolla çobanların həmin otlaq sahələrində heyvan otarmalarının qarşısını almağa çalışırlar.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb, nazirliyin kriminalistləri həmin ərazilərdə araşdırma aparıblar.

Bu qidalar xolesterolu stabilləşdirir — SİYAHI

Xolesterolu stabilləşdirmək üçün qidalanmaya fikir vermək lazımdır.

ispanaq və bəzi yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıq, şokolad və avokado bu işdə sizə kömək olar.

Düzgün qidalanmamaq xolesterolun səviyyəsinin artmasına səbəb olur. Xolesterolu stabilləşdirmək üçün qəbul edilən qidalara diqqət etmək və xolesterolun səviyyəsini aşağı salmaq mümkündür. Ümumi olaraq xolesterolun simptomu yoxdur və gizli şəkildə üzə çıxır. Bu isə ürək problemləri ilə nəticələnir.

Xolesterol səviyyəsinin yüksək olmasının ümumi xüsusiyyətləri hərəkətsiz həyat tərzi, sağlam qidalanmamaq, stres və çəki problemidir. 
Xolesterolu aşağı salmaq üçün bu qidalar sizə kömək edər:

İspanaq

İspanaq və bəzi yaşıl yarpaqlı tərəvəzlərin tərkibində olan lutein piqmenti xolesterol və trigliseridləri azaldır. İspanağın tərkibində eyni zamanda E vitamini də var və bu vitamin anti oksidant sayılır.

Badımcan

Badımcan liflə çox zəngindir. Tərkibində yağ və xolesterolun miqdarı az olduğu üçün arıqlamaq istəyənlər və köklük problemi olan insanlar üçün yaxşı qidadır. Lif eyni zamanda qrelin ifrazının da qarşısını alır. Bu hormon bizə acdığımızı bildirir. Badımcan iştahı azaldır,  həddən artıq yemək qəbul istəyini azaldır. Bu isə kökəlməyin qarşısını alır.

Qarağat

Qarağatın faydalarını saymaqla bitməz. Qarağat eyni zamanda damarların tıxanmasına səbəb olan xolesterolun miqdarını azaldır. 

Qara şokolad

Qara şokoladın tərkibində kakao polifenolları çoxdur. Kakao polifenolu HDL (müsbət xolesterol) xolesterolunun miqdarını artırır. Şokoladın tərkibində olan yağ turşuları mənfi xolesterol olan LDL-in molekullarının strukturunu dəyişərək ziyanının azalmasına səbəb olur.

Alma, üzüm, çiyələk

Bu meyvələrin tərkibində LDL (mənfi xolesterol) xolesterolunun miqdarını azaldan pektin maddəsi var.

Avokado
Avokado zərərli xolesterolun miqdarını azaldır, sağlam xolesterolun miqdarını artırır və tərkibində ürəyə faydalı olan doymamış yağ turşuları var. Avokadonun tərkibində yağ miqdarı bir az çox olduğu üçün həddən artıq qəbul etmək məsləhət görülmür.

Yulaf

Yulafın tərkibi liflə zəngindir. Gündə bir kasa yulafı səhər yeməyində qəbul etmək xolesterolu stabilləşdirir.

Yağlı balıqlar

Həftədə 2-3 dəfə yağlı balıq yemək zərərli xolesterolu azaldır. Loma Linda universitetində aparılan tədqiqata görə, doymuş yağları omeqa-3 ilə dəyişdirmək müsbət xolesterolu 4 faiz artırır.

Saytda Axtarış

ახალი ამბები