ABŞ-də həddindən artıq istilər nəticəsində 27 nəfər ölüb
ABŞ-də keçən həftə həddindən artıq istilər nəticəsində 27 nəfər ölüb
“Washington Post” qəzetinin məlumatına görə, ABŞ-da Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq isti dalğasından əziyyət çəkir.
Xüsusən də ABŞ-nin qərbində rekord temperatur müşahidə olunur.
Meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyünü açıqlayıb.
ABŞ-də son illərdə həddindən artıq isti havanın yaratdığı ölüm halları artsa da, bu rəqəm 2021-ci ildə təxminən 1600, 2022-ci ildə təxminən 1700, 2023-cü ildə isə 2 min 300-ü keçib.