Gürcüstanda virusla bağlı son durum – Yoluxanlar və sağalanlar var

Son 24 saat ərzində ölkədə koronavirusa 9 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər isə virusdan tam olaraq sağalıb.

Bu barədə məlumat hökumətin yaratdığı stopcov.ge saytında qeyd olunub.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 888 nəfərə çatıb. Onlardan 731 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 14 nəfər sözügedən virusdan həyatını itirib.

Hazırda ölkə üzrə karantində 2710, stasionar nəzarətdə isə 267 nəfər saxlanılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey