Baş nazir açıqladı – Batumiyə və Kutaisiyə gediş-gəlişə qoyulan hər cür məhdudiyyət aradan qaldırılır

Sabahdan etibarən Batumiyə və Kutaisiyə gediş gəlişə qoyulan bütün növ məhdudiyyətlər ləğv ediləcək.

Bu sözləri Baş nazir Giorgi Qaxaria deyib.

“Sabahdan etibarən Batumi və Kutaisi kimi şəhərlərdə hər cür hərəkət məhdudiyyətləri qaldırılacaq. Lakin Tbilisi və Rustavi bölgələrində bəzi məhdudiyyətlər olacaq. Bu, qonşu ərazilərdəki epidemioloji vəziyyətlə birbaşa əlaqəlidir.

Epidemioloji vəziyyətlə əlaqədar bu günlərdə Tbilisidə və Rustavi şəhərində müvafiq qərarlar qəbul ediləcək”, deyə baş nazir bildirib.

Qeyd edək ki, qırmızı xət elan edildiyi bölgələrdə giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey