Dalga Televiziyasi Gürcüstan hökuməti marixuana ilə bağlı hazırladığı qanun layihəsini parlamentdən geri götürəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün173
DünənDünən957
Bu həftəBu həftə9374
Bu ayBu ay47112
Bu günə qədərBu günə qədər7474446

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan hökuməti marixuana ilə bağlı hazırladığı qanun layihəsini parlamentdən geri götürəcək

alt

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Patriarx II İlya ilə görüşüb.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, əsasən də marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalını, ixracını nəzərdə tutan qanun layihəsi barədə fikir mübadiləsi aparılıb.

İrakli Kobaxidze görüşdən sonra jurnalistlərə bildirib ki, əvvəlcədən də elan olunduğu kimi, bu qanun layihəsi geniş konsensusla qəbul oluna bilərdi. Cəmiyyətdə bu məsələ ilə bağlı yaranan fikir ayrılığından sonra onu dini liderimizlə də müzakirə etdik. Bu görüşdə qanunun müzakirələrdən geri çağırılması barədə razılıq əldə olundu.

“Qanunun əsas müəllifi hökumətdir. Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək”, - deyə o, əlavə edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladığı qanun layihəsini Gürcüstan Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılamışdı.

Saytda Axtarış

ახალი ამბები