Dalga Televiziyasi Dünyanın ən bahalı konfeti təqdim olundu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün574
DünənDünən3410
Bu həftəBu həftə3984
Bu ayBu ay13520
Bu günə qədərBu günə qədər7501737

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünyanın ən bahalı konfeti təqdim olundu

Portuqaliyada keçirilən beynəlxalq şokolad festivalında dünyanın ən bahalı konfeti təqdim olunub.

Bu şirniyyat məhsulunun qiyməti nə az, nə çox, 7728 avro təşkil edir.

Konfetin hazırlanması prosesində zəfəran telləri, ağ trüfel, Madaqaskar vanili və məxfi inqrediyentdən istifadə olunub.  Konfetin 23 karatlı qızılla örtüldüyü bildirilir.  

Şirniyyatçı Daniel Qomeşin dediyinə görə, bu konfetlərin hazırlanmasına  bir ildən çox vaxt sərf olunub. Hələlik bahalı şirniyyat məhdud sayda – cəmi 1000 ədəd hazırlanıb.    

Hər bir konfet qutuya bənzər laklanmış qara taxtadan və xrustaldan hazırlanmış,  Swarovski daşları, mirvari və qızıl qravürası ilə bəzədilmiş bağlamada satılır.

Eksklüziv konfetlər artıq sifariş əsasında Birləşmiş Ərəb Əmirliyi, Anqola, Argentina və Rusiyaya göndərilib.

Saytda Axtarış

ახალი ამბები