Dalga Televiziyasi Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3028
DünənDünən3128
Bu həftəBu həftə17240
Bu ayBu ay71891
Bu günə qədərBu günə qədər9975531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək

Biz Saakaşvili barəsində çıxarılan qərarla razı deyilik və apellyasiya şikayəti verəcəyik.

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan edib.

«Mən məhkəmənin qərarı ilə qəti razı deyiləm. Baş prokurorluq Saakaşvili barəsində bütün dəlil-sübutları məhkəməyə təqdim edib. Mən təsəvvür edə bilmirəm, hansı ölkədə vətəndaşlıqdan məhrum edilən şəxs zor gücü ilə sərhədi yarır”, deyə Y.Lutsenko qeyd edib. O əlavə edib ki, Saakaşvilinin təsis etdiyi hərəkat hakimiyyəti devirmək məqsədi ilə yaradılıb.

Ötən axşam Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib. Hakim M.Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Dekabrın 8-də Kiyevdə saxlanılan M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Saytda Axtarış

ახალი ამბები