Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3491
DünənDünən3331
Bu həftəBu həftə12923
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8469522

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ata 40 günlük körpəsinin anasını döyüb öldürdü - Ailə faciəsi

Abşeronda qətl hadisəsi olub.

Hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedib. Bu nikahdan 40 günlük körpələri var. Qətlə yetirilən Lalə Muxtarova Ağdam rayonundan olan məcburu köçkün ailəsindəndir.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi faktı təsdiqləyib. Fakt üzrə araşdırma aparılır.

Uşaqlar zəkasını kimdən alır? - Atadan, yoxsa anadan

Araşdırmalar uşaqların zəkasını atadan deyil, anadan aldığı fikrinin üzərində dayanıblar.
Dalga TV  “Haber Türk” qəzetinə istinadən xəbər verir ki, əvvəlki araşdırmalarda zəkanın atadan keçdiyini düşünülürdü.

Amma son aparılan araşdırmalar zamanı zəka genlərinin X xromosomlarında olduğu, X xromosomlarından qadınlarda iki, kişilərdə isə bir ədəd olduğu ifadə edilib. Genlər xaricində, uşaqları daha ağıllı olan qadınların onlarla möhkəm baş quran analar olduğunu və uşaqların məsələ həll etmə müddətində onları dəstəkləməkdə kömək etdikləri görülür.

Gürcüstanda şərab həftəsi keçirilir

 Festival ilə bağlı ilk tədbirlərə Telavi rayonunda start verilib. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidə də şərab həftəsi çərçivəsində müxtəlif tədbirlər keçirilib. Tədbir artıq üçüncü ildir ki, Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi və Milli Şərab Agentliyinin təşkilatçılığı ilə baş tutur.

Tədbirlər oktyabrın 2-dək davam edəcək.

Marneulidəki Mədəniyyət Evi qarşısında başlayan şərab dequstasiya sərgiləri tədbir iştirakçıları üçün daha maraqlı olub. Festival çərçivəsində müxtəlif kənd təsərrüfatı məhsullarının sərgisi keçirilib.

Festival çərçivəsində şərab içmə yarışı da planlaşdırılıb. Həftənin sonunda yarışda qalib çıxan iştirakçıya Gürcü Şərabı Ordeni veriləcək. Festival çərçivəsində müxtəlif layihələrin təqdimatı, şərab turları, film nümayişi və digər tədbirlər nəzərdə tutulub.

Gürcüstanın Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili Marneulidə keçirilən şərab həftəsi festivalının region üçün vacib bir tədbir olduğunu bildirib: “Mən bu gün Marneulidə keçirilən tədbiri yüksək qiymətləndirirəm. Marneuli ərazisində, azərbaycanlıların kompakt yaşadığı İmir kəndində  8 min il tarixi olan üzüm gilələri tapılıb. Hazırda bölgədə arxeoloji qazıntılar aparılır, turizm potensialı inkişaf edir. Biz artıq bu tədbiri ənənəvi olaraq, yalnız Marneulidə deyil, bütün Kvemo Kartli bölgəsində keçirəcəyik”, - deyə nazir bildirib.

Coli və Pittin boşanmasının gerçək səbəbi

“Brangelina: Danışılmayan Hekayə” kitabının müəllifi Yan Halper, Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşanma səbəbini açıqlayıb.

 

AzVision.az Axşam.az saytına istinadən xəbər verir ki, Halper cütlüyün boşanma səbəbinin İngiltərəyə köçmək üstündə olduğunu deyib.

Belə ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri də olan A.Coli siyasi fəaliyyət aparmaq üçün İngiltərəyə köçmək istəyib.

Aktrisa uşaqları da özü ilə apararaq Pittlə uzaqdan evli qalmaq niyyətində oub. Lakin, B.Pit buna etiraz etdiyi üçün Coli boşanmaqla bağlı qərar verib.

Qeyd edək ki, 10 illik münasibətdən sonra 2014-cü ildə evlənənən cütlüyün üçü övladlıq, üçün də doğma olmaqla, ümumilikdə 6 uşağı var.

Bacısını qaçıran oğlanı öldürərək körpüdən atdı

Bakıda qətl törədilib.

 

Hadisə ötən gün Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı Nurlan Quliyev qohumu, 23 yaşlı Maarif Quliyevi bıçaqlayaraq öldürüb.

AzVision.az-ın Report-a istinadən verdiyi məlumata görə, baş verən qətlin təfərrüatı məlum olub. Məlumata görə, 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirən və qətlə yetirilən Ağdam rayonundan məcburi köçkün düşən şəxslərdir.

Tbilisidəki Azərbaycan vətəndaşları səfirlikdə yaradılmış məntəqədə səs verirlər

Sentyabrın 26-da yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı səsvermə prosesi başlayıb.

Tbilisidə yaşayan, habelə hazırda Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşları, eləcə də bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr səfirlikdə təşkil olunmuş seçki məntəqəsinə gələrək səsvermədə iştirak edirlər.

Referendumla əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 46 saylı seçki məntəqəsi yaradılıb.

Hazırda səfirlikdə 470 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır.

Gürcüstanda parlament seçkilərində iştirak edən azərbaycanlı namizədliyini geri götürüb

Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundan parlament seçkilərində təşəbbüs qrupu ilə deputatlığa müstəqil olaraq namizəd irəli sürülmüş və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Namiq Hacıyev namizədliyini geri götürüb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə namizədin özü məlumat verib.

Deputatlığa namizəd Namiq Hacıyev APA-ya açıqlamasında bütün müsəlmanları birliyə və həmrəyliyə çağıran müqəddəs Qurban Bayramı günündə parlamentə deputatlığa namizədliyini geri götürdüyünü bildirib: “Mən birlik və həmrəylik naminə belə bir addım atdım. Məni tanıyanlar və bölgədəki seçki durumu barədə məlumatlı olanlar yaxşı bilir ki, reytinqim və potensialım digər namizədlərdən heç bir parametrə görə əskik deyildi. Buna rəğmən, mən səslərimizin bölünməməsi üçün bu addımı atdım. Ümidvaram ki, bu addımım digər namizədlər üçün də örnək olacaq. Düşünürəm ki, ümumi məqsədlər naminə şəxsi ambisiyalardan vaz keçməyi bacarmaq lazımdır. Ulu Tanrı millətimizə, dövlətimizə və onun bütün vətəndaşlarına xoş gələcək, rifah və əmin-amanlıq nəsib etsin”, - deyə Namiq Hacıyev vurğulayıb.

Qeyd edək ki, parlamentə deputatlığa müstəqil namizəd olan Namiq Hacıyev Azərbaycanın əməkdar mədəniyyət İşçisidir. O, hazırda Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının direktor müavini vəzifəsində çalışır, həmçinin Gürcüstan Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Qiymətləndirmə və İmtahan Mərkəzinin xarici dillər üzrə qrupun əməkdaşıdır. O, Şota Rustaveli adına Tiflis Dövlət Teatr və Kino Universitetinin aktyorluq və rejissorluq fakültəsini və Dövlət İdarəçilik İnstitutunun hüquq fakültəsini bitirib.  

35 yaşında olan Namiq Hacıyev gürcü dilini mükəmməl bilir və onun rejissorluğu ilə bir çox xarici və Azərbaycan dram əsərləri teatrda tamaşaya qoyulub.

Qeyd edək ki, Bolnisi seçki dairəsindən 5 nəfər azərbaycanlı parlament seçkilərində öz namizədliyini irəli sürüb.

Kəlbəcərdə 13 övladı olan erməni məktəb direktoru...

Azərbaycan kəndində yaşayan Erməni müəllim qürurla:”Vətən üçün 9 əsgər böyüdürəm”-deyir...

 
Moderator.az-ın erməni saytlarına istinadla apardığı araşdırmaya görə,  bu gün işğalçılar üçün faktiki təbii qalaya çevrilmiş   Kəlbəcər rayon mərkəzində  cəmi 800-ə yaxın   erməni yaşayır. Amma erməni mənbələri “DQR” rejimi və Ermənistanın işğalçı hakimiyyətinin bölgədə ermənilərin sayını artırmaq üçün mümkün vasitələrdən istifadə etdiyini iddia edir. “Karvaçar” adlandırılan rayon mərkəzində doğum evi də tikilib və hər ay azı bir neçə uşaq doğulur. Yəni Kəlbəcəri özünə “əsl vətən” bilən ermənilərin sayı artır. Əsl sakinləri 23 ildir çadırlarda, yataqxanalarda, özgə qapılarında zülm çəkən bu bölgəmizdə çoxuşaqlı erməni ailələri də yaşayır.  
 
7-ci övladları olan kimi “DQR” “hökuməti” Markaryanlara ikinci ev verib...
 
Bu günlərdə Ermənistan jurnalistlərindən biri Kəlbəcərin “Nor Verinşen” adlanan Çaykənd kəndində olub. Məlum olub ki, kənddəki orta məktəbin direktoru Şaqen Markaryanın 13 övladı var: 9 oğlu, 4 qızı. O, fəxrlə deyir: “Artsaxın azadlığı uğrunda müharibədə olmamışam və buna görə həmişə özümü  günahkar saymışam. Mən də bu yolla Vətənə borcumu ödəmək istəyirəm: Vətən üçün 9 əsgər böyüdürəm. 
 
 
Bu, az deyil...” Ş.Markaryan 1996-cı ildə Xocavənddən Kəlbəcərə köçəndə cəmi 6 uşağı var imiş. 7-si  Kəlbəcərdə doğulub.  Müxbirin sözlərinə görə, 7-ci övladı olan kimi “Artsax hökuməti” Markaryanlara ikinci ev verib. Şaqen cüzi maaşla uşaqları böyüdə bilib. Həyat yoldaşı Göygöl (keç. Xanlar) rayonundandır. Hazırda kitabxana müdiri işləyir. Şaqenin qızı ingilis dili, gəlini riyaziyyat müəllimidir. Oğlu isə  “Nor Bradjur” adlanan Qılınclı kəndinin məktəbində hərbi rəhbərdir. 
Övladlarından 7-si hələ məktəblidir. 
 
 
Çaykənddəki 56 erməni ailəsindən 7-si çoxuşaqlıdır...
 
Erməni müxbir yazır: “Biz Markaryanlar ailəsinə qonaq olduğumuz gün əkiz oğlanları Arek və Narek Əsgəranda hərbi xidmətə andiçmə mərasimində idilər. “Böyük oğlum Stepanakertə köçmək istyir, bir oğlum isə Şuşaya vurulub”-deyə məktəb direktoru  fəxrlə bildirir”...  
Digər mənbələrdən aldığımız məlumatlara görə, hazırda Çaykənddə 56 ailə yaşayır ki, onlardan yeddisi çoxuşaqlıdır. 
 
“Artsax” xeyriyyə fondu 3-cü ovladı olan ailəyə bir inək bağışlayır...
 
 
Digər erməni mənbələrindən əldə etdiyimiz məlumata görə, artıq yeddinci ildir ki, “Artsax” xeyriyyə fondu Kəlbəcərdə və “Kaşataq” rayonunda(Laçın, Qubadlı, Zəngilan) 3-cü və daha sonrakı uşaqlar doğulan erməni ailələrinə bir inək bağışlayır... 

NATO-nun baş katibi Gürcüstana səfərdədir

NATO-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar.

NATO-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir.
Səfər çərçivəsində NATO-nun baş katibi sentyabrın 8-də Milli Kitabxanada tələbələr qarşısında çıxış edəcək.

Gənc qadını gürzə sancdı - Cəlilabadda

Cəlilabad rayonunda gənc qadını ilan sancıb.

Hadisə rayonun Musalı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Esmira Tarverdiyeva həyətdə paltar sərərkən ilan onun ayaq nahiyyəsindən sancıb. E.Tarverdiyevanın qışqırıq səsinə gələn yaxınları ilanı zərərsəzləşdirə biliblər.

Məlum olub ki, qadını sancan ilan gürzədir. E.Tarverdiyeva atası tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Lakin onun səhhəti pisləşdiyi üçün təcili tibbi yardımla paytaxta göndərilib.

Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb

Azərbaycanda quduzluğa yoluxan 10 yaşlı oğlan ölüb.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya deyib ki, Salyan rayonunun Dayıkənd sakini İsmayılov Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib. R.İsmayılova qeyd edib ki, dişləmə qeydə alınan gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub: “Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o, quduzluğa yoluxub. Uşaq Bakıya gətirilib, onun 1 saylı uşaq yoluxucu xəstəxanasında simptomatik müalicəsi aparılıb. Buna baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb və iyulun 7-də vəfat edib. Məlumdur ki, insanda quduzluq qeydə alınırsa, heç bir müalicəsi yoxdur və ölümlə nəticələnir”.

R.İsmayılova əlavə edib ki, il ərzində qeydə alınan 17 minə qədər heyvan dişləmələrinin hamısı sağalır. Nadir hallarda inkubasiya (gizli) dövrü çox qısa olur: “Bu uşaqda da inkubasiya dövrü 14 gün olub və artıq əlamətlər başlayıb. Uşaqda immunitet yaranmadığından müalicə kömək etməyib. Bundan əlavə, dişləmə təhlükəli yerlərdən - üz, baş, barmaqlar, yuxarı ətraflardan olduğunda, bunlar beynə yaxın olduğu üçün ölüm daha tez baş verə bilir”.

Şöbə müdiri əhaliyə müraciət edərək valideynləri uşaqlarını və özlərini naməlum heyvanlardan qorumağa çağırıb: “Uşaqları sahibsiz buraxmasınlar. Hər hansı bir dişləmə olduqda dərhal həkimə müraciət etsinlər, iynələri sxem üzrə vurdursunlar. Öz heyvanlarını vaxtında peyvənd etdirsinlər”.

Qeyd edək ki, bu, 2016-cı ildə qeydə alınan ikinci faktdır. İlk hadisə ilin may ayında Zaqatalada qeydə alınıb. 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacovanı küçə iti dişləsə də, xəstəxanaya müraciət etməyib. Nəticədə P. Turacova Zaqatalada quduzluq xəstəliyindən vəfat edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb

İyulun 3-də Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

Rusiya Müftilər Şurasının dəstəyi ilə təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 800-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb, habelə Ramazan bayramına həsr edilən şeirlər səsləndirilib. Müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

“Ramazan çadırı” mədəni-xeyriyyə tədbiri çərçivəsində Azərbaycan Gününün təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Müsəlmanları Ruhani İdarəsi adından ünvanlanan təşəkkür məktubu oxunub. Məktubda vurğulanır ki, Moskva müsəlmanlarının mədəni-xeyriyyə layihəsində iştirak xalqların birləşməsinə, yaxınlaşmasına və qarşılıqlı mədəni inteqrasiyasına, ənənəvi dini-mənəvi dəyərlərin dirçəlişinə xidmət edir.

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev çıxış edərək tədbir iştirakçılarını səfir Polad Bülbüloğlunun adından salamlayıb və Azərbaycanda müqəddəs Ramazan ayına necə önəm verilməsindən danışıb.

Moskva müftisinin mədəni-maarif proqramları üzrə müavini Raşid Akkaziyev Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya tədbirin təşkilinə görə təşəkkür edib. R.Akkaziyev vurğulayıb ki, müqəddəs Ramazan ayının hər günü xüsusi məna daşıyır.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku”, “AMOR”, “İrs” jurnallarının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi artıq 11-ci ildir ki, Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir və möminlər üçün iftar süfrəsi açır.

Saytda Axtarış

ახალი ამბები