Dalga Televiziyasi UEFA "Vorskla" və "Qarabağ" klublarına qarşı intizam işi açıb - EKSKLÜZİV
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1495
DünənDünən634
Bu həftəBu həftə7931
Bu ayBu ay52630
Bu günə qədərBu günə qədər7423104

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


UEFA "Vorskla" və "Qarabağ" klublarına qarşı intizam işi açıb - EKSKLÜZİV

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb. Məsələyə dekabrın 13-də baxılacaq. Bu isə o deməkdir ki, İngiltərə "Arsenal"ı ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub. 

Saytda Axtarış

ახალი ამბები