Dalga Televiziyasi "Arsenal"ın zədəli futbolçusu "Qarabağ"la matçda iştirak edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2623
DünənDünən2816
Bu həftəBu həftə20658
Bu ayBu ay94593
Bu günə qədərBu günə qədər8456224

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"Arsenal"ın zədəli futbolçusu "Qarabağ"la matçda iştirak edəcək

İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. 

Bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib. 

48 yaşlı mütəxəssis bildirib ki, fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq. 

Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb. Koselni oktyabr ayında Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 

Saytda Axtarış

ახალი ამბები