Dalga Televiziyasi Mahir Məmmədov: “Bu, təxribat kimi başa düşülməməlidi”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün706
DünənDünən1299
Bu həftəBu həftə8950
Bu ayBu ay46688
Bu günə qədərBu günə qədər7474022

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mahir Məmmədov: “Bu, təxribat kimi başa düşülməməlidi”

“Qarabağ”ın “Samtredia” ilə Gürcüstanda keçirəcəyi oyunda hər hansı problemin yaşanacağını gözləmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

Eyni zamanda, AFFA İcraiyyə Komitəsinin üzvü olan Məmmədov Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” görüşündə hansısa problemin yaşanmaq ehtimalının olmadığını açıqlayıb. Onun sözlərinə görə, 2-3 nəfər tərəfindən buna cəhd olarsa, yenə təxribata cəhdin qarşısı vaxtında alınacaq.

Məmmədov söhbət əsnasında 2 il öncə, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilmiş “Dinamo” – “Qəbələ” oyununu xatırladıb: “Yadımdadı, həmin matçda 2-3 nəfər, başı işləməyən adam plakat açmışdı. Dərhal mühafizə orqanları plakatları yığışdırmışdılar. Bu, təxribat kimi başa düşülməməlidi. Çünki kiçik bir qrupun cəhdi idi”.

O bildirib ki, AFFA və Gürcüstan Futbol Federasiyası arasında təhlükəsizlik tədbirləri ilə bağlı danışıq aparılacaq: “Hər hansı problemin yaşanmasını heç kim istəməz. Yəqin ki, “Qarabağ” rəhbərliyi bu barədə fikirləşəcək. AFFA, yəni biz də Gürcüstan Futbol Federasiyası ilə məsləhətləşmələr aparacağıq. Mən elə bir problem gözləmirəm. Əlbəttə ki, Azərbaycan dövlətinin Gürcüstandakı qurumu kimi, biz də ayıq davranmalı və hər hansı hadisənin yaşanmaq ehtimalına hazır olmalıyıq. Amma kiminsə cibində nəsə gətirib, oyunun gedişində kameraya göstərməsi istisna deyil. Şəxsən mən həmin qarşılaşmanı canlı izləyəcəm”.

Məmmədov komandalarımızın avrokuboklardakı şanslarını da dəyərləndirib: “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inamım çox böyükdü. Bizim klublar artıq püxtələşib, birinci mərhələni keçməyə öyrəşiblər. Azarkeşləri də buna alışdırıblar. Əksər hallarda, ilkin mərhələni problemsiz adlayırlar. Çətinliklər növbəti mərhələlərdə başlayır. Klublarımız artıq Avropa Liqasının qrupunda da iştirak ediblər. Ümidvaram ki, “Qarabağ” və “Qəbələ” yenə də minimum qrup mərhələsinə qədər irəliləyəcək”.

İcraiyyə Komitəsinin üzvü əlavə edib ki, növbəti iclaslarının vaxtı hələ bilinmir: “AFFA-nın baş katibi Elxan Məmmədov bu barədə bizə məlumat verəcək. Dəqiq vaxtı biləndən sonra yığışacağıq”. 

Saytda Axtarış

ახალი ამბები