Dalga Televiziyasi UEFA Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün109
DünənDünən1278
Bu həftəBu həftə1387
Bu ayBu ay59548
Bu günə qədərBu günə qədər7486882

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


UEFA Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, AFFA 2018/19 mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya müraciət edib.

Qurum Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etməsində maraqlıdı.

2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib.

Qitənin ən nüfuzlu klub turnirinin finalına Bakı Olimpiya Stadionu ilə yanaşı İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin Metropolitano stadionu final arzusundadı.

Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu matça Bakı ilə yanaşı, Tiflisdə “Dinamo Arena” (Gürcüstan), Frankfurtda eyniadlı stadion, Ştutqartda “Arena Ştutqart” (hər ikisi Almaniya), Qlazqoda “Hampden Park” (Şotlandiya), Sevilyada “Ramon Sançes Pisxuan” stadionu (İspaniya) və İstanbulda “Beşiktaş Arena” (Türkiyə) da namizəddi.

Qeyd edək ki, final oyunlarının ev sahibinin adına bu il sentyabrda aydınlıq gələcək.

Saytda Axtarış

ახალი ამბები