Dalga Televiziyasi Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı dəyişdi - RƏSMİ
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün94
DünənDünən1278
Bu həftəBu həftə1372
Bu ayBu ay59533
Bu günə qədərBu günə qədər7486867

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı dəyişdi - RƏSMİ

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula 1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.
Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də baş tutacaq.
Bu addım Qran Prinin "24 saat Le Man" marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.
Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.

Saytda Axtarış

ახალი ამბები