Dalga Televiziyasi Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkü atılacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2008
DünənDünən3055
Bu həftəBu həftə21265
Bu ayBu ay30801
Bu günə qədərBu günə qədər7519018

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkü atılacaq

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

"Dalğa TV"nin məlumatına görə, tədbir 19 komandanın iştirakı ilə təşkil olunacaq.

Komandalardan 10-u Premyer Liqa, 9-u I Divizion təmsilçiləridir. Reqlamentə əsasən, 1/4 finaladək və finalda mübarizə tək oyunluq sistemlə aparılacaq. 1/4 final və yarımfinalda isə cütlüklər ev və səfər prinsipi ilə oynayacaqlar. Əvvəlcə I Divizion komandalarından 6-sı 1/8 finala 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Premyer Liqa təmsilçiləri və I Diviziondakı qalan 3 klub yarışa növbəti mərhələdən qoşulacaq.

İlkin mərhələ oyunları oktyabrın 14-də, 1/8 final qarşılaşmaları dekabrın 2-də, 1/4 final görüşləri gələn il martın 2-də və 9-da, yarımfinallar aprelin 27-də və mayın 4-də, final matçı isə mayın 25-də olacaq.

Püşkatma mərasimi saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Püşkatmaya qatılan komandalar:

Premyer Liqa: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.

I Divizion: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”. 

Saytda Axtarış

ახალი ამბები