Dalga Televiziyasi Bakıda 1,6 milyonluq dünya kubokunun açılışı - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1702
DünənDünən3055
Bu həftəBu həftə20959
Bu ayBu ay30495
Bu günə qədərBu günə qədər7518712

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda 1,6 milyonluq dünya kubokunun açılışı - FOTO

Bakıdakı Beynəlxalq Muğam Mərkəzində şahmat üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Dalga TV Azərtac-a istinadən xəbər verir ki, tədbirdə qonaqlara Azərbaycanda şahmatın inkişafı və dünya kuboku yarışlarının reqlamenti haqda məlumat verilib. 
Daha sonra turnir haqqında videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov turnir iştirakçılarını və qonaqları salamlayıb.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov "Bakı-2015" birinci Avropa Oyunlarının təşkilatçılığından söz açaraq, hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnirin püşkü atılıb və açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq. Bu mötəbər turnirdə Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.

Saytda Axtarış

ახალი ამბები