Dalga Televiziyasi Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün146
DünənDünən634
Bu həftəBu həftə6582
Bu ayBu ay51281
Bu günə qədərBu günə qədər7421755

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

alt

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində xalqımızın milli dövlətçilik tarixində özünəməxsus rolu olan 17 noyabr - Milli Dirçəliş Günü qeyd olunub. 

AZƏRTAC xəbər verir ki, muzeyin təşkilatçılığı ilə keçən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Tbilisi və Kutaisi şəhərlərinin məktəbliləri, musiqi kollektivləri iştirak ediblər. 

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Milli Dirçəliş Günü barədə məlumat verib. 

Azərbaycan səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə çıxışında qeyd edib ki, xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Günü dövlət müstəqilliyimizin bərpasında tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. 

Bildirilib ki, bu gün Azərbaycan və Gürcüstan müstəqil dövlətlərdir. Bütün təzyiqlərə, ərazilərimizin işğal olunmasına baxmayaraq, siyasi liderlərimizin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində hər iki dövlət müstəqil olaraq dünyada öz layiqli yerlərini tutub. Dost və qardaş xalqlarımız arasındakı münasibətlər də dünyada nümunədir. Bugünkü tədbirdə hər iki xalqın məktəblilərinin, musiqi kollektivlərinin iştirakı bunu sübut edir.

Sonra Kutaisidən gəlmiş “Pirimze” ansamblının rəhbəri Nino Silaqadze, müəllimə Maka Trapaidze, “Meydan” ansamblının rəhbəri Nargilə Mehtiyeva və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan xalqları arasındakı oxşar tarixi proseslərdən, mədəniyyət nümunələrindən, müstəqillik uğrunda mübarizədən söz açıblar. 

Çıxışlardan sonra “Pirimze” ansamblı, “Ceyran” rəqs qrupu və Muzeyin nəzdində fəaliyyət göstərən “Meydan” musiqi kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.

Saytda Axtarış

ახალი ამბები