Dalga Televiziyasi Fuad Muradov Gürcüstanda azərbaycanlı ziyalılarla görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3691
DünənDünən4301
Bu həftəBu həftə26785
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8987732

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Fuad Muradov Gürcüstanda azərbaycanlı ziyalılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının üzvləri və ziyalılarla görüşüb. 

 
APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilmiş görüşdə F. Muradov bildirib ki, azərbaycanlı ziyalılar Gürcüstan cəmiyyətində çox fəaldır: "Ziyalılarla görüşüb onların fikirlərini öyrənmək bizim üçün çox vacibdir. Gürcüstandakı azərbaycanlıların fəaliyyəti Azərbaycanda böyük diqqət və həssaslıqla izlənilir".
 
Komitə sədri deyib ki, Gürcüstanda azərbaycanlıların təmsil olunduğu 100-ə yaxın müxtəlif təşkilat var: "Bu göstəricinin çox və ya az olduğunu deyə bilmərəm. Gürcüstan azərbaycanlılarının birliyinə yenidən baxılmalıdır".
 
F. Muradov qeyd edib ki, Gürcüstan azərbaycanlılarının birliyinə müəyyən qüvvələr tərəfindən qəsdən problemlər yaradılır: "Gürcüstandakı azərbaycanlı ziyalı və ağsaqqallar buna qarşı çox ciddi addımlar atmalıdır. Komitə sədri kimi sizdən əsas gözləntilərimdən biri budur".

Saytda Axtarış

ახალი ამბები