Dalga Televiziyasi Sərhəddə Azərbaycan vətəndaşının avtomobilində 4,8 kq çəkidə gümüş predmetlər aşkarlanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün624
DünənDünən5354
Bu həftəBu həftə32628
Bu ayBu ay69249
Bu günə qədərBu günə qədər9211727

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sərhəddə Azərbaycan vətəndaşının avtomobilində 4,8 kq çəkidə gümüş predmetlər aşkarlanıb

 Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

DGK-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები