Dalga Televiziyasi Xəzərdə neft estakadasının uçduğu ərazinin yaxınlığında meyit tapılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3242
DünənDünən3048
Bu həftəBu həftə9343
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465942

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Xəzərdə neft estakadasının uçduğu ərazinin yaxınlığında meyit tapılıb

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkar edilib.

Axtarış-Xilasetmə Qərargahından APA-ya verilən məlumata görə, meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd XidmətiDövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Saytda Axtarış

ახალი ამბები