Dalga Televiziyasi Biri bıçağı götürdü, başqası jurnalistə hücum etdi…
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün355
DünənDünən634
Bu həftəBu həftə6791
Bu ayBu ay51490
Bu günə qədərBu günə qədər7421964

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Biri bıçağı götürdü, başqası jurnalistə hücum etdi…

Azərbaycan I divizionunun XII turu çərçivəsində bu gün keçirilən "Bakılı" - "Energetik" görüşündə xoşagəlməz hadisə yaşanıb.

Futbolinfo.az bildirir ki, həm matçın gedişində, həm də oyundan sonra iki komandanın futbolçuları arasında qarşıdurma yaşanıb.

Hər şey meydan sahiblərinin futbolçusu Vurğun Həsənzadə ilə mingəçevirli həmkarı Vahid Rostami arasında baş verən mübahisə ilə başlayıb. Tərəflərin söz davası daha sonra bir-birilərini itələmək, ardınca isə "Bakılı"nın futbolçusunun rəqibinin başına yüngül şillə vurması ilə davam edib. Bu isə hər iki komandanın oyunçuları arasında kütləvi davaya səbəb olub. Hakimlər briqadası, həmçinin hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxilə etdikdən sonra aranı sakitləşdirmək mümkün olub.

Lakin oyun başa çatdıqdan sonra "Energetik"in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub. Həmin an "Bakılı"nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, "bıçaq götürdü" deyib və daha ağır münaqişənin qarşısını almağı xahiş edib.

Hadisəni videolentə almaq istəyən "Futbol+" qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri Şəfiyevi itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra həmin oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.

Çox maraqlıdır ki, baş verən bu hadisələrdən oyunun hakim-inspektoru İlham Əliyevin xəbəri olmayıb. Həm də AFFA nümayəndəsi vəzifəsini icra edən Əliyev apasport.az saytına açıqlamasında qarşıdurmadan xəbərsiz olduğunu söyləyib: "O oyunda elə ciddi bir hadisə baş verməyib axı. Nə olub ki orda? Matçdan sonra hamımız - həm biz, həm hakimlər, həm də komandalar içəri girdilər. Mən də çıxıb polislərə dedim ki, komandalar paltardəyişmə otağından çıxıb evə gedənə qədər dəhlizdə dayansınlar. Onların da hamısını yola salıblar. Sonra orda nə olub, kim nə edib, onu biz görməmişik. Görsəydik, yazardıq. Mən hakimlərlə birgə olmuşam".

Qeyd edək ki, "Bakılı" - "Energetik" görüşü qonaqların 4:2 hesablı qələbəsi ilə nəticələnib.

Saytda Axtarış

ახალი ამბები