Dalga Televiziyasi SOCAR: Gürcüstandakı tələbələrimizin təhsil haqlarının ödənilməsində boşluq olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün794
DünənDünən2716
Bu həftəBu həftə6232
Bu ayBu ay3510
Bu günə qədərBu günə qədər7491727

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR: Gürcüstandakı tələbələrimizin təhsil haqlarının ödənilməsində boşluq olub

 "2006-cı ildə Gürcüstan ali məktəblərində 10-15 azərbaycanlı tələbə təhsil alırdısa, 2016-cı ildə 2 minə qədər tələbə müxtəlif ali məktəblərdə müəyyən ixtisaslar üzrə təhsil alırlar". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib.


Onun sözlərinə görə, 2 minədək azərbaycanlı tələbənin təhsil haqqının 75-80%-i SOCAR tərəfindən tam şəkildə maliyyələşdirilir.

M. Məmmədov qeyd edib ki, tələbələrin təhsil haqlarının ödənilməsində 3-4 ay boşluq olub: "Mən buna çox təəssüf edirəm və buna görə hamıdan üzr istəyirəm. Amma indi belə boşluq yoxdur. Biz təhsil haqqı ilə bağlı problemi həll etmişik. Gələcəkdə çalışacağıq ki, belə boşluqlar olmasın. Biz çalışacağıq ki, gələcək nəsil savadlı olsun. Düşünürük ki, təhsilə yatırılan investisiyadan qiymətli heç nə ola bilməz".

Saytda Axtarış

ახალი ამბები