Dalga Televiziyasi Əl-ayağını bağlayıb, vanna otağına aparıblar - Kardaşyanın qarət olunmasının təfərrüatları
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün331
DünənDünən1595
Bu həftəBu həftə6133
Bu ayBu ay50832
Bu günə qədərBu günə qədər7421306

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əl-ayağını bağlayıb, vanna otağına aparıblar - Kardaşyanın qarət olunmasının təfərrüatları

alt

Erməni əsilli teleulduz və model Kim Kardaşyanın qarət olunmasının təfərrüatları məlum olub.

Dalga TV Reuters agentliyinə istinadən xəbər verir ki, oğrular xizək maskasında olublar, eyni zamanda üzərində polis nişanı olan gödəkçə geyiniblər. Kardaşyanın əl-ayağının sarılaraq vanna otağında bağlı saxlanıldığı iddia olunur.

Əldə olunan məlumata görə, oğrular içərisində 5 milyon avrodan 6 milyon avroya qədər dəyəri olan zinət əşyalarının olduğu mücrünü, həmçinin dəyəri təxminən 4 milyon avro olan üzüyü oğurlayıblar.

Bundan əlavə məlum olub ki, Kardaşyan oteldə deyil, Madlen kilsəsi yaxınlığında yerləşən gizlin elit iqamətgahda qarət olunub. Belə binalarda tez-tez məşhurlar və imkanlı müştərilər qalırlar. Kardaşyanın daha öncə də ən azı 1 dəfə burada qaldığı bildirilir.

Saytda Axtarış

ახალი ამბები