Dalga Televiziyasi Gürcüstan prezidenti: “Roma Papasının səfəri regionda təhlükəsizliyi təmin etmək üçün mesajdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3562
DünənDünən4184
Bu həftəBu həftə7746
Bu ayBu ay40274
Bu günə qədərBu günə qədər9462354

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidenti: “Roma Papasının səfəri regionda təhlükəsizliyi təmin etmək üçün mesajdır”

 Gürcüstan prezidenti Georgi Marqvelaşvili Roma Papası ilə Fransisklə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş jurnalistlər üçün qapalı keçib.

Mətbuat konfransında jurnalistlərə açıqlama verən Gürcüstan prezidenti G. Marqvelaşvili Gürcüstanın qarşıdurma yaradan ölkə olmadığını, torpaqlarının işğal olunduğunu və ölkənin sülh yolu ilə addımladığını bildirib: “Bu gün biz təcavüzün 40 kilometrliyindəyik. Torpaqlarımızın 20%-i işğal olunub. Hər gün etnik gürcülərin yaşadığı bölgədə təcavüz, insan oğurluğu, ölüm hadisələri baş verir. Bu hadisələr ona görə baş verir ki, işğal olunan ərazilərin yaxınlığında yaşayanlar etnik gürcülərdir. Bu insanlar qonşuları ilə görüşə bilmir və onlara yaxınları ilə görüşmək qadağan olub. Bizim başlıca məqsədimiz torpaqlarımızı qaytarmaqdır. Əhali siyasi situasiyaya görə əziyyət çəkməməlidir”.
 


Prezident mətbuat konfransında Vatikan rəhbərinə onun Gürcüstana səfərinin dünyaya sülh çağırışı olduğunu bildirib.  

Roma Papası isə Gürcüstana sülh və əmin-amanlıq arzulayır. 

Saytda Axtarış

ახალი ამბები