Dalga Televiziyasi Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2251
DünənDünən1148
Bu həftəBu həftə8869
Bu ayBu ay57565
Bu günə qədərBu günə qədər7484899

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

"Vahid Milli Hərəkat" partiyasını (sabiq prezident Mixeil Saakaşvilinin partiyası) dəstəkləyən "Azad zona" təşkilatı Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlara etiraz əlaməti olaraq Tbilisidə aksiya keçirib.

"Dalga TV"nin "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları "Qazprom"un Gürcüstana nəql etdiyi qazın həcminin artırılmasına etiraz edib.

Aksiya iştirakçılarından biri deyib ki, "Qazprom" Rusiya rəhbərliyinin siyasi silahıdır: "Biz 2006-cı ilin qış aylarında "Qazprom"un bütün Gürcüstanı qazsız qoymasını yaxşı xatırlayırıq. Hadisələr təkrarlana bilər".

Etirazçılar əllərində "Qazproma yox", "Bidzina get!" yazılmış plakatlarla sabiq baş nazir Bidzina İvanişvilinin iqamətgahı önündən də keçiblər.

Saytda Axtarış

ახალი ამბები