Dalga Televiziyasi “Qırmızı körpü”də 194 min saxta dolları olan şəxs saxlanıldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1375
DünənDünən4784
Bu həftəBu həftə16814
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər10532869

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Qırmızı körpü”də 194 min saxta dolları olan şəxs saxlanıldı

altAzərbaycan ilə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qonşu ölkə vətəndaşının üzərindən 194,4 min saxta ABŞ dolları götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs saxta əskinasların ona məxsus olduğunu etiraf edib. İstintaq sirri olduğu üçün saxlanılan şəxsin kimliyi açıqlanmır.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əskinasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanıb.

Əməlləri sübuta yetirilərsə, həmin şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saytda Axtarış

ახალი ამბები