Dalga Televiziyasi Gürcüstan müxalifəti ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1781
DünənDünən2516
Bu həftəBu həftə6355
Bu ayBu ay33283
Bu günə qədərBu günə qədər3034697

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan müxalifəti ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

alt

Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır. Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Bu barədə bəyanatla seçkilərdə məğlub olmuş birləşmiş müxalifətin və “Vahid Milli Hərəkat” partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze noyabrın 29-da Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə çıxış edib. Q.Vaşadze deyib ki, müxalifət prezident seçkilərini və onun nəticələrini tanımır. “Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Bu seçkilər proporsional və ya regional-proporsional qaydada keçirilməlidir”, - deyə Q.Vaşadze vurğulayıb.

Q.Vaşadze dekabrın 2-də paytaxtın mərkəzi Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz, Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıblar.

Saytda Axtarış

ახალი ამბები