Dalga Televiziyasi İlham Əliyev Paşinyana xəbərdarlıq etdi
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün70
DünənDünən1599
Bu həftəBu həftə1669
Bu ayBu ay28752
Bu günə qədərBu günə qədər2784694

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İlham Əliyev Paşinyana xəbərdarlıq etdi

Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur.

Dalga tv AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir.

"Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır, - deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır:

"Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək".

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

 

Saytda Axtarış

ახალი ამბები