Dalga Televiziyasi Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1266
DünənDünən634
Bu həftəBu həftə7702
Bu ayBu ay52401
Bu günə qədərBu günə qədər7422875

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə nümayəndə heyətləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin ərazisində H. Əliyevin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.
 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu cür görüşlərin hərbi təhsil müəssisələrinin zabit-müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə, eləcə də hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
 

Bu görüşün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze vurğulayıblar ki, bu cür tədbirlərin keçirilməsi hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcək.
 

Tərəflər gələcəkdə də bu cür görüşlərin davamlı olmasını, daha geniş formatda keçirilməsini arzulayıb, hər zaman qardaş dövlətlərin müsbət təcrübələrindən öyrənməyə, onlarla birgə işləməyə hazır olduqlarını və bundan böyük qürur hissi keçirdiklərini ifadə ediblər.
 

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin və Gürcüstan Milli Müdafiə Akademiyasının yaranma tarixi, onların keçdikləri inkişaf mərhələləri, təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunub.
 

Qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin trenajor zalında, siniflərdə və zirehli texnika anbarında olub, təhsil ocağındakı tədris prosesi ilə yaxından maraqlanıblar.
 

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.

Saytda Axtarış

ახალი ამბები