Dalga Televiziyasi Gürcüstan baş naziri: “Etnik azlıqlar ölkənin NATO-ya inteqrasiyası barədə məlumatlandırılmalıdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün419
DünənDünən415
Bu həftəBu həftə834
Bu ayBu ay49530
Bu günə qədərBu günə qədər7476864

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan baş naziri: “Etnik azlıqlar ölkənin NATO-ya inteqrasiyası barədə məlumatlandırılmalıdır”

"Gürcüstanda yaşayan etnik azlıqların NATO-ya inteqrasiyanın ölkəyə verdiyi faydalar barədə məlumatlandırılması olduqca vacibdir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 
 

"Bu il NATO günləri bölgələrdə xüsusilə qeyd olunur. Bu günlər həmçinin etnik azlıqların yaşadıqları bölgələrdə də keçirilir. Əhalimizin NATO-ya inteqrasiya barədə məlumatlandırılmasının səviyyəsi yüksək olmalıdır ki, vətəndaşlarımız ölkənin hansı faydaları əldə etməsi və ölkəmiz üçün sabitliyin necə vacib olmasını daha yaxşı anlasınlar". 
 

Qeyd edək ki, qonşu ölkədə aprelin 16-da start verilmiş NATO günləri may ayının 1-dək davam edəcək. NATO günləri çərçivəsində ilk görüş azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə baş tutub. 

Saytda Axtarış

ახალი ამბები