Dalga Televiziyasi Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1046
DünənDünən1597
Bu həftəBu həftə8081
Bu ayBu ay5359
Bu günə qədərBu günə qədər7493576

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşəcək

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi" kampaniyası çərçivəsində fevralın 26-da azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dövlət başçısı rayonun Mülki Məşğulluq Mərkəzində yerli gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.

G.Marqvelaşvili görüşdə Gürcüstan dövlətçiliyinin qarşısında duran müasir çağırışlar barədə danışacaq və kampaniyanın məqsədlərini açıqlayacaq.

Qeyd edək ki, G. Marqvelaşvili qeyd olunan kampaniyaya fevralın 20-də Telavi Dövlət Universitetində start verib. Dövlət başçısı tədbirdə gəncləri yubiley tədbirlərinə qoşulmağa çağırıb və respublikanın 100 illiyi ilə bağlı esse müsabiqəsi elan edib. Mayın 26-dək davam edəcək kampaniya ölkənin bir sıra şəhər və rayonlarını əhatə edəcək.   

Saytda Axtarış

ახალი ამბები