Dalga Televiziyasi Gürcüstanlı nazir: “Münaqişə tərəfləri arasında dialoqun gücünə inanırıq”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün98
DünənDünən1597
Bu həftəBu həftə7133
Bu ayBu ay4411
Bu günə qədərBu günə qədər7492628

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanlı nazir: “Münaqişə tərəfləri arasında dialoqun gücünə inanırıq”

"Gürcüstan regionda mövcud münaqişələrin həllində tərəflər arasında dialoqun gücünə inanır".
 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Avronest PA-nın komitə iclasında Azərbaycanın PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun sualına cavab olaraq bildirib.
 

Gürcüstanlı nazirə sual ünvanlayan F. Muradov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar olsa da, Ermənistan rəhbərliyi tərəfindən bu dialoqun qarşısını almağa cəhdlər olub. O, işğaldan əziyyət çəkən Gürcüstanda  münaqişə tərəfləri arasında dialoq təcrübəsi ilə maraqlanıb. 
 

K. Tsixelaşvili isə qeyd edib ki, münaqişə tərəflərini təmsil edən insanların təmasları çox vacibdir: "Yalnız bu yolla gözəgörünməz baryerləri aradan qaldırmaq mümkündür".

Saytda Axtarış

ახალი ამბები