Dalga Televiziyasi SOCAR Gürcüstanın azərbaycanlı idmançılarını mükafatlandırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün334
DünənDünən957
Bu həftəBu həftə9535
Bu ayBu ay47273
Bu günə qədərBu günə qədər7474607

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR Gürcüstanın azərbaycanlı idmançılarını mükafatlandırıb

Tbilisidə Azərbaycan səfirliyində Gürcüstanın azərbaycanlı idmançıları ilə görüş keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli rayonunun icra başçısı Temur Abazov, parlamentin azərbaycanlı deputatları, digər rəsmi şəxslər və azərbaycanlı idmançılar və məşqçilər iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycanda idmanın inkişaf tarixindən, idmana dövlət qayğısından və əldə olunmuş uğurlardan danışıb.

Səfir Azərbaycanın olimpiya çempionları arasında Gürcüstan əsilli soydaşlarımızın da olmasını xüsusi olaraq vurğulayıb: “Soydaşlarımızın kompakt yaşadığı dağlıq Dmanisi rayonu yunan-Roma güləşi üzrə iki olimpiya çempionu yetişdirib – Kamandar Məcidov və Fərid Mansurov. Səhv etmirəmsə, Kamandar Məcidov Sovet İttifaqı üzrə olimpiya oyunlarının qızıl medalına sahib olmuş ilk azərbaycanlıdır”.

D. Həsənov SOCAR-ın Gürcüstanda idmanın inkişafına göstərdiyi dəstəkdən də söz açıb: “SOCAR Gürcüstanın bir neçə böyük idman federasiyalarına, idman klublarına sponsorluq edir, çox sayda idman obyektlərinin tikintisində və təmirində müstəsna rol oynayıb.”

Sonra çıxış edən SOCAR prezidenti R. Abdullayev idmançılarla görüşün xoş olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan bir-birlərinin idman uğurlarına sevinir. SOCAR prezidenti idmançıları təbrik edərək onlara gələcəkdə daha böyük nailiyyətlər arzu edib.

SOCAR adından idmançı və məşqçilərə pul mükafatı və təşəkkürnamələr təqdim olunub.

Şirkət kyokuşin-karate üzrə Barselonada keçirilən Avropa çempionatının 55 kq çəki dərəcəsində qalibi olmuş Kəmalə Məmmədova və Antalyada keçirilən gənclər üzrə Avropa boks çempionatında 49 kq çəki dərəcəsində qızıl medal qazanmış Sahil Allahverdiyevə mobil telefonlar hədiyyə edib.

 

İdmançılar onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildiriblər.

Saytda Axtarış

ახალი ამბები