Dalga Televiziyasi Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 500 mln. dolları ötüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün548
DünənDünən859
Bu həftəBu həftə2895
Bu ayBu ay51591
Bu günə qədərBu günə qədər7478925

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 500 mln. dolları ötüb

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 567,070 mln. dollar təşkil edib.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 9 ay ərzində Azərbaycan Gürcüstandan 167 mln. 787,3 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 399 mln. 282,7 min dollar dəyərində olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 mlrd. 567,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,1% çoxdur.

Qonşu ölkənin ixracı 28,3% artaraq 1 mlrd. 940,3 mln. dollar, idxal isə 7,4% artaraq  5 mlrd. 627,2 mln. dollar təşkil edib.

Bu ilin 9 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri saxlayıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq  ferroərintilər (12,2%) və minik avtomobilləri (7,7%) tutub.

Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyünə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (6%) və mis filizi və konsentratlarıdır (4,6%).

Saytda Axtarış

ახალი ამბები