Dalga Televiziyasi Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün364
DünənDünən1595
Bu həftəBu həftə6166
Bu ayBu ay50865
Bu günə qədərBu günə qədər7421339

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”

“Bu gün yalnız Gürcüstanda deyil, regionda da böyük inkişaf tendensiyası var”. APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. Baş nazirin sözlərinə görə, Gürcüstanda iqtisadi artım ölkənin Ukrayna hadisələrinə görə regionda yaranmış böhrandan uğurla çıxdığını göstərir.

“İlin sonuna Gürcüstanda iqtisadi artım planlaşdırıldığından daha yüksək olacaq. Beynəlxalq Valyuta Fondu Gürcüstanda iqtisadi artım proqnozunu 4,3%-ə qədər yaxşılaşdırıb, lakin biz ilin sonuna daha böyük artım tempini gözləyirik”, - deyə G.Kvirikaşvili söyləyib.

Qeyd edək ki, 2017-ci ilin ikinci rübündə Gürcüstanda iqtisadi artım 4,7% təşkil edib. Hökumət bu il üçün 4% iqtisadi artım planlaşdırıb. 2016-cı ildə qonşu ölkədə real iqtisadi artım 2,2% təşkil edib. 

Saytda Axtarış

ახალი ამბები