Dalga Televiziyasi Azərbaycanla Gürcüstan arasında avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1753
DünənDünən2489
Bu həftəBu həftə1753
Bu ayBu ay34046
Bu günə qədərBu günə qədər4631654

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanla Gürcüstan arasında avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub

Sentyabrın 14-15-də Tbilisidə Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Gürcüstan-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Bu barədə "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.



İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzalanıb.

Saytda Axtarış

ახალი ამბები