Dalga Televiziyasi Ermənistan Gürcüstandakı çoxmillətli təlimlərdə iştirakdan imtina edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3412
DünənDünən4493
Bu həftəBu həftə32124
Bu ayBu ay7905
Bu günə qədərBu günə qədər9020812

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistan Gürcüstandakı çoxmillətli təlimlərdə iştirakdan imtina edib

Ermənistan ötən gün Gürcüstanda start götürən  çoxmillətli "Agile Spirit 2017" ("Çevik ruh - 2017") çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar.

Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan  məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. "Agile Spirit 2017" təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir.

Saytda Axtarış

ახალი ამბები