Dalga Televiziyasi Kvirikaşvili: "Gürcüstan müsəlmanlarının dövlət quruculuğunda rolu böyükdür"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3302
DünənDünən3819
Bu həftəBu həftə3302
Bu ayBu ay57953
Bu günə qədərBu günə qədər9961593

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kvirikaşvili: "Gürcüstan müsəlmanlarının dövlət quruculuğunda rolu böyükdür"

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına görə, hökumət başçısı təbrikində Qurban bayramının İslam dünyasında ən böyük və dəyərli bayram olduğunu bildirib.

“Müxtəlif millət və dinlərin nümayəndələri Gürcüstanda bir-biri ilə harmoniya şəraitində yaşayır. Çoxmillətlilik ölkəmizin zənginliyi və nailiyyətidir. Gürcüstanda müsəlmanların ölkə quruculuğunda rolu böyükdür. Bu gün də müsəlman vətəndaşlarımız ölkənin keşiyindədir və güclü, inkişaf etmiş Gürcüstanın qurulmasına öz töhfələrini verirlər. Sizi Qurban bayramı münasibətilə təbrik edərək ümumi vətənimiz üçün sülh və tərəqqi arzu edirəm”, - deyə G. Kvirikaşvili təbrikində qeyd edib.

Saytda Axtarış

ახალი ამბები