Dalga Televiziyasi Azərbaycan prezidenti “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1685
DünənDünən3048
Bu həftəBu həftə7786
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464385

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşüb

alt

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib.

Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

ახალი ამბები