Dalga Televiziyasi Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3322
DünənDünən3048
Bu həftəBu həftə9423
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466022

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Fevralın 24-də Saqareco rayonundakı azərbaycanlıların kompakt yaşadığı Ləmbəli və Yor-Muğanlı kəndlərində etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  krediti ödəməyə imkanları olmayan kənd sakinləri hökumətdən kredit faizlərinin ödənilməsinin təxirə salınmasını tələb ediblər.

Etiraz aksiyasında iştirak edən sakinlər heyvandarlığın inkişafı üçün götürdükləri kreditlərə qoyulan faizlərin düzgün hesablanmadığını bildiriblər. Sakinlərin dediklərinə görə, faizlərin ödənilmə vaxtı keçdiyindən banklar onların əmlakını hərraca çıxarıb.

Aksiya iştirakçıları həmçinin bildiriblər ki, banklar onlara heyvandarlığın inkişafı üçün kredit vermək təklifini edəndən müəyyən bir müddət sonra faizlər artıb və kredit götürənlərin ödəmə imkanı tükənib. Onlar problem həll edilmədiyi halda kütləvi etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. 

Saytda Axtarış

ახალი ამბები