Dalga Televiziyasi Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3254
DünənDünən3048
Bu həftəBu həftə9355
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465954

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib”

Bu gün Gürcüstan parlamentində daha bir azərbaycanlı Xocalı faciəsinin 25 illiyi ilə bağlı çıxış edib.  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov Xocalı soyqırımının erməni quldurları və 366-cı alay tərəfindən törədildiyini bildirib: “Mən bu ölkənin vətəndaşıyam, amma etnik azərbaycanlıyam. 25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib. Gecə yarısı dinc insanlara qarşı, qoca, qadın və uşaq demədən, hətta qundaqda olan körpələrə belə divan tutulub, insanlar qətlə yetirilib. Bu soyqırımı sovet ordusunun 366-cı alayı erməni quldurları ilə birlikdə törədib”.


Deputat Xocalı soyqırımını dünyanın 100-dən çox ölkəsinin tanıdığını da söyləyib: “Dünyanın 100-dən çox ölkəsində, o cümlədən ABŞ-da 21 ştat tərəfindən bu soyqırım tanınıb. Mən çox istərdim ki, Gürcüstan parlamenti də Xocalı soyqırımına düzgün qiymət versin”.

Saytda Axtarış

ახალი ამბები