Dalga Televiziyasi Strasburqda AŞPA-nın payız sessiyası başlayır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1830
DünənDünən3686
Bu həftəBu həftə1831
Bu ayBu ay58662
Bu günə qədərBu günə qədər9605802

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Strasburqda AŞPA-nın payız sessiyası başlayır

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda işinə başlayır.

"Dalğa TV"-nin məlumatına görə, sessiyanın əsas mövzusu Avropadakı miqrasiya böhranına humanitar və siyasi yardım olacaq.

Həmçinin pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşısının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu "Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında" məruzə təqdim ediləcək.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa, sessiyada növbəti beş il üçün qurumun yeni baş katibi seçiləcək.

Payız sessiyasının işi çərçivəsində Lüksemburqun böyük hersoqu Anri, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiçin çıxış edəcəkləri gözlənilir.

Sessiya oktyabrın 2-dək davam edəcək.

Saytda Axtarış

ახალი ამბები