Dalga Televiziyasi Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün960
DünənDünən2650
Bu həftəBu həftə10645
Bu ayBu ay7923
Bu günə qədərBu günə qədər7496140

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək

Gürcüstan hökumətinin dəstəyi ilə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

Nazir deyib: “Teatrın binasının darısqal olması və aktyorların çətin şəraitdə fəaliyyət göstərmələri barədə məlumatımız var. Teatrın kollektivi bizə bununla əlaqədar müraciət edib. Biz də nazirlik olaraq, teatr üçün yeni binanın tikilməsi barədə müvafiq strukturlara müraciət etmişik. Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır”.

Nazirin sözlərinə görə, layihələndirmə işləri tezliklə başa çatacaq.

“Düşünürəm ki, yaxın vaxtlarda tikinti işlərinə başlayacağıq” – deyə nazir Georqadze vurğulayıb.

Saytda Axtarış

ახალი ამბები