Dalga Televiziyasi Gürcüstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün244
DünənDünən2223
Bu həftəBu həftə7626
Bu ayBu ay39169
Bu günə qədərBu günə qədər7527386

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycan ilə Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ikitərəfli görüşlərin keçirilməsi məqsədilə Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik edəcəyi nümayəndə heyəti sentyabrın 6–dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində qonaqların Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmçinin qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı Kompleksi, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə taniş olmaq imkanı əldə edəcəklər.

Səfərin reallaşdırılmasında məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

 

Saytda Axtarış

ახალი ამბები