Dalga Televiziyasi Gürcüstan Rusiyanın maraqlarını təmsil edən diplomatı ölkədən çıxarır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün753
DünənDünən3410
Bu həftəBu həftə4163
Bu ayBu ay13699
Bu günə qədərBu günə qədər7501916

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Rusiyanın maraqlarını təmsil edən diplomatı ölkədən çıxarır

Gürcüstan Rusiyanın maraqlarını təmsil edən diplomatı ölkədən çıxarır.
 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumatda bildirilir ki, Gürcüstan XİN Birləşmiş Krallıq ərazisində 3 insanın sağlamlığına ciddi ziyan vurmuş və digər insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmış kimyəvi silahın istifadəsi faktını qınayır: "Bu, ümumi təhlükəsizlik üçün ciddi çağırışdır. XİN Birləşmiş Krallıqla həmrəylik nümayiş etdirir və ölkənin, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı mövqeyini bölüşür".
 

Gürcüstan XİN İsveçrə Konfederasiyasının səfirliyində Rusiya səfirliyinin maraqları seksiyasının əməkdaşını "arzuolunmaz şəxs" elan edərək ondan 7 gün ərzində Gürcüstanı tərk etməyi tələb edib. 
 

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında 2008-ci ildən etibarən diplomatik münasibətlər dayandırılıb. Gürcüstanda Rusiyanın maraqlarını İsveçrə Konfederasiyası səfirliyinin seksiyası təmsil edir

Saytda Axtarış

ახალი ამბები