Dalga Televiziyasi “Gürcü Arzusu” Marneuli ilə bağlı qərarını dəyişməyəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2578
DünənDünən4995
Bu həftəBu həftə27667
Bu ayBu ay45755
Bu günə qədərBu günə qədər9327829

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Gürcü Arzusu” Marneuli ilə bağlı qərarını dəyişməyəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi ilə bağlı qərarı dəyişməz olaraq qalacaq.


APA-nın yerli bürosunun məlumatına əsasən, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib. “Partiyanın Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Teymuraz Abasov olacaq. Onun qalib gələcəyi təqdirdə, keçmiş namizəd Amiran Giorqadze Marneuli sakrebulosuna başçılıq edəcək”, - deyə o, söyləyib.


Partiyanın qərarını şərh edən A. Giorqadze isə qarşıdan gələn seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi uğrunda mübarizə aparacağını bildirib.
 

Qeyd edək ki, dünən axşam A. Giorqadzenin Marneulidən olan bir qrup tərəfdarı “Gürcü Arzusu”nun Tbilisidəki baş ofisinin qarşısında aksiya keçiriblər. Onlar A. Giorqadzenin Marneuli rayon icra başçısı vəzifəsinə namizədliyinin ləğv olunmasına etiraz bildiriblər.
 

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

Saytda Axtarış

ახალი ამბები