Dalga Televiziyasi Azərbaycan prezidenti Xocalı abidəsini ziyarət edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2830
DünənDünən3157
Bu həftəBu həftə21893
Bu ayBu ay15288
Bu günə qədərBu günə qədər9676653

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti Xocalı abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

APA-nın məlumatına görə, Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından Xocalı abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb.

Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə güllər düzüblər.

Saytda Axtarış

ახალი ამბები